Azərbaycan, Bakı, 12 mart /Trend/
Şamaxının Muğanlı qəsəbəsi ərazisində 1 nəfərin ölümü, 3-nün yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib.
Trend EL TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə saat 23:00 radələrində qeydə alınıb. İsmayıllı rayon sakini, 1968-ci il təvəllüdlü Yavər Qasımov "Opel Vectra" markalı minik maşını ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü Yavər Qasımov və sərnişinləri, İsmayıllı rayon sakinləri - 1956-cı il təvəllüdlü Nazilə Rəsulova, 1983-cü il təvəllüdlü Qədir Rəsulov xəsarət alıblar. Onlar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Digər sərnişin - İsmayıllı rayon sakini, 1971-ci il təvəllüdlü Səbahəddin Ömərli isə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.