...

Bakıda baş verən yol qəzasında piyada ölüb

Hadisə Materials 14 Mart 2014 13:42 (UTC +04:00)
Bakıda piyada qadın “Mercedes”in qurbanı olub.
Bakıda baş verən yol qəzasında piyada ölüb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İzzət/

Bakıda piyada qadın "Mercedes"in qurbanı olub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, martın 13-də saat 16:00 radələrində Binəqədi rayonu Ordubadi küçəsində Bakı şəhər sakini Yasin Cəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Samirə Qaraşovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş S.Qaraşova orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti