...

Sumqayıtda çörəkbişirmə sexi yanıb

Hadisə Materials 16 Mart 2014 23:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Sumqayıtda çörəkbişirmə sexində yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində sahibi məlum olmayan, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 200 kv.m olan çörəkbişirmə sexinin içərisinə yığılmış məişət tullantıları 100 kv.m sahədə və sexin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti