Azərbaycan, Bakı, 19 mart /Trend/
Bakı şəhəri, Qaradağ rayonunda yaşayış binasının əsas giriş hissəsinin üzərini qapadan beton plitənin uçma təhlükəsi yaranıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beton plitə binada yaşayan sakinlərin həyatına təhlükə törədir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beton plitəni kiçik hissələrə parçalayıb və yaranan təhlükəni aradan qaldırıblar.