...

Bakıda 54 yaşlı kişi evində yanaraq öldü

Hadisə Materials 21 Mart 2014 10:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir İ.İsabalayeva/

Bakıda yarımçıq tikilidə insan ölümü ilə nəticələnən yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda 1960-cı il təvəllüdlü Varmakov Veris Borisoviçə məxsus ümumi sahəsi 25 kv.m olan tikintisi başa çatmamış birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 8 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi V.Varmakovun meyiti aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti