Azərbaycan, Bakı, 28 mart /Trend/
Abşerondakı avtoservislərdən birinin işçisi hündürlükdən yıxılaraq ölüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, martın 28-də Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisində yerləşən "Honda" avtomobil servisində, orada işləyən Azad Məlikov hündürlükdən yıxılaraq ölüb.