Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/
Nəsimi rayonunda üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da Nəsimi rayonu M.Qaşqay küçəsi ev 63 "A"-nın zirzəmisində üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.