...

Yevlaxlı iki qadın Salyanda oğurluq etdiklərinə görə tutulublar

Hadisə Materials 11 Aprel 2014 13:50 (UTC +04:00)
İki keçmiş məhkum qadın Salyanda oğurluq etdiklərinə görə tutulublar.
Yevlaxlı iki qadın Salyanda oğurluq etdiklərinə görə tutulublar

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

İki keçmiş məhkum qadın Salyanda oğurluq etdiklərinə görə tutulublar.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 10-da Salyan rayonunun Boranıkənd kənd sakini Elçin Əliyevin evindən 5780 manat dəyərində qızıl əşyası oğurlanıb.

Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, Səbail Rayon Polis İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Cavid Fətullayevin idarə etdiyi "Hyundai" markalı avtomobil Səbail rayonunun ərazisində saxlanılıb, oğurluğu törətmiş Yevlax şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Zuhra Mahmudova və Almara Nadirova tutulublar.

Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti