Azərbaycan, Bakı, 8 may /Trend/
Kürdəmir sakinindən narkotik vasitə və odlu silah götürülüb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir RPŞ əməkdaşları tərəfindən mayın 3-də tutulmuş İlqar Bağırovun ətrafında aparılmış tədbirlərlə onun narkotik vasitəni Kürdəmir şəhər sakini Elşad Zərbəliyevdən alması müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Zərbəliyev tutulub. Onun evinə baxış zamanı 55 qram marixuana, 10,9 qram tiryək, nömrəsi silinmiş "Valter" markalı tapança, "İJ" markalı tüfəng və 10 ədəd patron aşkar edilərək götürülüb.