Azərbaycan, Bakı, 9 may /Trend, müxbur R.Hafizoğlu/
Suriya Hərbi Hava Qüvvələri (HHQ) Türkiyənin humanitar yardım karvanını atəşə tutublar. Trend-in məlumatına görə, bu barədə cümə günü "Milliyet" qəzeti xəbər yayıb.
Qəzetin məlumatına görə, karvan Suriyanın Hələb şəhəri ərazisində atəşə tutulub.
Aviazərbə nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.
Qəzetin məlumatına görə, humanitar un yükü Türkiyə İnsan Hüquq və Azadlıqları və Humanitar Yardım Fondu (IHH) tərəfindən göndərilib. Bu Fond müntəzəm olaraq Suriyaya humanitar yardımlar göndərir.