Azərbaycan, Bakı, 17 may /Trend/
"İnformasiya Müqaviməti" qrupunun operativ məlumatına görə, şənbə günü səhər saat 05 radələrində Ukraynanın Kramatorsk aerodromu atəşə tutulub. Trend-in UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, atəş avtomobilin üzərində quraşdırılmış avtomatik qumbaraatandan açılır: "Rusiya istehsalı olan AQS-30 (6Q25) qumbaratanı da müəyyən edilib. Ukraynanın güc strukturları belə silah növünə malik deyillər".
D.Tımçukun sözlərinə görə, aerodromun atəşə tutulmasından sonra şəhərə tərəf bir neçə atəş açılıb.