Azərbaycan, Bakı, 22 may /Trend, müxbir R.Hafizoğlu/
İstanbulda etiraz aksiyası zamanı iştirakçılardan biri həlak olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Milliyyət" qəzeti xəbər yayıb.
Polis etirazçıları dağıtmaq üçün atəş açıb və rezin güllələrdən biri aksiya iştirakçısının başına dəyib.
Mayın 22-də İstanbulda 20 nəfərə yaxın adamın iştirakı ilə Manisa vilayətində mədən işçilərinin həlak olması ilə əlaqədar etiraz aksiyası keçirilib.
Etirazçılar bir neçə avtomobili yandırıblar. Onlardan bəziləri polis maşınları olub.
Manisa vilayətinin Soma şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub, 486 fəhlə isə yaralanıb.