...

Bakıda 70 yaşlı qadın mənzilində ölmüş vəziyyətdə tapılıb

Hadisə Materials 23 May 2014 18:25 (UTC +04:00)
Mənzilə baxış keçirilərkən Mzarkovskaya Flora Nilolayevna ölmüş vəziyyətdə aşkarlanıb.
Bakıda 70 yaşlı qadın mənzilində ölmüş vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 23 may /Trend/

Bakıda qadın mənzilində ölmüş vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1944-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən Mzarkovskaya Flora Nilolayevna ölmüş vəziyyətdə aşkarlanıb.

Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti