Azərbaycan, Bakı, 29 may /Trend/
Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhəri yaxınlığında vertolyotun vurulması nəticəsində 14 nəfər, o cümlədən 1 general həlak olub. Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov parlamentin iclasında deyib.
Onun sözlərinə görə, vertolyot terrorçular tərəfindən Rusiya istehsallı zenit raket kompleksi ilə vurulub: "General Kulçitski daxil olmaqla 14 hərbçimiz həlak olub".