Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/
Bakı sakininə qarşı dələduzluq edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Yaqub Quliyev tutulub.
Məlum olub ki, o, dələduzluq edərək 2014-cü ilin aprel ayında Bakı şəhər sakini Zöhrə Ağayevanın etibarından sui-istifadə edərək 8500 manat dəyərində qızıl-zinət əşyalarını alıb qaytarmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.