...

Bakıda avtodayanacaqda dayanmış dörd avtomobil yanıb

Hadisə Materials 4 İyun 2014 13:52 (UTC +04:00)
Avtomobillərin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.
Bakıda avtodayanacaqda dayanmış dörd avtomobil yanıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda avtodayanacaqda dayanmış dörd avtomobil yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda avtomobil dayanacağında dayanmış "Fiat" markalı minik avtomobilinin yanar hissələri, vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilinin salonu və 2 ədəd arxa təkərləri, "Kia" markalı minik avtomobilinin 2 ədəd sağ qapısı və "Mercedes" markalı minik avtomobilinin sağ tərəfi qarsalanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti