...

Xəzərdə iki nəfər öldü

Hadisə Materials 10 İyun 2014 12:38 (UTC +04:00)
E.Davudovun meyitin tapılması üçün tədbirlər davam etdirilir.
Xəzərdə iki nəfər öldü

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

İyunun 9-da Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisindəki çimərlikdə Binə qəsəbə sakinləri Elmar Davudov suda boğulub, Ceyhun Əliyev suda batarkən xilasedicilər tərəfindən xilas olunub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, E.Davudovun meyitin tapılması üçün tədbirlər davam etdirilir.

Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən "Mayak" dəniz çimərliyində Bərdə rayon sakini İlham Hüseynov da suda boğulmuşdur. Onun meyiti tapılması üçün tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti