Azərbaycan, Bakı, 18 iyun /Trend, İlkin İzzət/
Azərbaycanda 2 nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 17-də Füzuli rayon sakini Cəfər Bayandurov, Yardımlı rayon sakini Tahir Abbasov elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Hər iki faktla əlaqədar araşdırma aparılır.