Azərbaycan, Bakı, 21 iyun /Trend müxbir T.Cəfərov/
Bu gün İranın Fars əyalətinin Baba Monir şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.
Tehran Universiteti Geofizika İnstitutunun Seysmik Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 03:24-da baş verib.
Məlumata əsasən, zəlzə nəticəsində Baba Monir şəhərində evlərə ziyan dəyib və bəzi evlər dağılıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdu.