...

Ağdamda avtomobil 11 yaşlı uşağın həyatına son qoyub

Hadisə Materials 21 İyun 2014 10:20 (UTC +04:00)
Ağdam rayonu ərazisində avtomobil 11 yaşlı uşağın həyatına son qoyub.
Ağdamda avtomobil 11 yaşlı uşağın həyatına son qoyub

Azərbaycan, Bakı, 21 iyun /Trend /

Ağdam rayonu ərazisində avtomobil 11 yaşlı uşağın həyatına son qoyub.

Trend Kanal S-ə istinadən xəbər verir ki, rayon sakini Vəliyev Əhliman idarə etdiyi VAZ 21-06 markalı minik maşını ilə, Ağdamın Əhmədağalı kəndində 11 yaşlı uşağı vurub.

Sürücü kənd ərazisində yerləşən şadlıq sarayının qarşısında toydan çıxan Abışov Vüsal Elman oğlunu vurub.

Sürücü dərhal müxtəlif bədən xəsarəti alan azyaşlını, Ağdam RMX-na çatdırıb. Həkimlərin səyinə baxmayaraq az yaşlı aldığı bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti