...

DİN: Bakıda avtobus və yük maşınının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb

Hadisə Materials 21 İyun 2014 13:38 (UTC +04:00)
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər xəsarət alıb.
DİN: Bakıda avtobus və yük maşınının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 20-də saat 15 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində İran vətəndaşı Vəli Sərbazın idarə etdiyi "Howo" markalı yük avtomobili ilə Bakı şəhər sakini Elşən Allahverdiyevin idarə etdiyi "Iveco" markalı 196 saylı xətt avtobusu toqquşub.

E.Allahverdiyevin 10 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti