...

Balıqçılar Xəzərdə batmaq təhlükəsi ilə üzləşiblər

Hadisə Materials 5 İyul 2014 12:23 (UTC +04:00)
Xəzərdə dənizində batmaq təhlükəsi ilə üzləşmiş balıqçılar xilas edilib.
Balıqçılar Xəzərdə batmaq təhlükəsi ilə üzləşiblər

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İlkin İzzət/

Xəzərdə dənizində batmaq təhlükəsi ilə üzləşmiş balıqçılar xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində, Xəzər dənizində 2 nəfər balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxıb və mühərrikin xarab olması səbəbindən suda batmaq təhlükəsi ilə üzləşiblər.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşlar dalğıc-xilasediciləri tərəfindən xilas olunub, qayıq yedəyə alınaraq sahilə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti