...

Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş daha bir şəxs xilas edilib

Hadisə Materials 8 İyul 2014 18:03 (UTC +04:00)
Xəzər dənizində gün ərzində batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.
Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş daha bir şəxs xilas edilib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Xəzər dənizində gün ərzində batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xəzər rayonunda dənizdə, "Türkan" sularda xilasetmə məntəqəsindən təxminən 250 metr məsafədə, nəzarət olunmayan ərazidə batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in "Türkan" sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.

Qeyd edək ki, daha bir şəxs Abşeronda dənizdə batarkən xilas edilib. Belə ki, Abşeron rayonunda, dənizdə, "Fatmayı" sularda xilasetmə məntəqəsindən təxminən 500 metr məsafədə, nəzarət olunmayan ərazidə batma təhükəsi ilə üzləşmiş 1 nəfər FHN-in "Fatmayı" sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti