...

Azərbaycanda 3 nəfər suda boğulub

Hadisə Materials 12 İyul 2014 13:37 (UTC +04:00)
Azərbaycanda iyulun 11-də suda boğulma ilə bağlı 3 fakt qeydə alınıb.
Azərbaycanda 3 nəfər suda boğulub

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda iyulun 11-də suda boğulma ilə bağlı 3 fakt qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 11-də Dənizkənarı Milli Parkda Masallı rayon sakini Xəyal Cahangirov ehtiyatsızlıqdan dənizə yıxılıb. Onun meyiti sudan çıxarılıb.

İyulun 11-də Sumqayıt şəhər sakini Elmir Fətəliyev Corat qəsəbəsi ərazisindəki dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Dünən Salyan rayonu Seyidsadıqlı kənd sakini Əmrağa Rzayev "Akkuşa" çayında çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti