...

Bakıda iki yük avtomobili toqquşub, ölən və yaralanan var

Hadisə Materials 15 İyul 2014 12:00 (UTC +04:00)
Bakıda iki yük avtomobili toqquşub, ölən və yaralanan var.
Bakıda iki yük avtomobili toqquşub, ölən və yaralanan var

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda iki yük avtomobili toqquşub, ölən və yaralanan var.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-ü saat 13:15 radələrində, Xəzər rayonu Qala-Pirallahı yolunda Bakı şəhər sakinləri - 1963-cü il təvəllüdlü Telman Quliyevin idarə etdiyi "Zil" markalı və 1980-cı il təvəllüdlü Rəvan Mirəliyevin idarə etdiyi "İsuzu" markalı yük avtomobilləri toqquşub.

Nəticədə "İsuzu"nun sürücüsü R.Mirəliyev hadisə yerində ölüb, sərnişini 1986-cı il təvəllüdlü Teymur Bayramov 3 saylı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti