...

Bakıda sərnişin avtobusu ilə yük avtomobili toqquşub

Hadisə Materials 9 Avqust 2014 09:48 (UTC +04:00)
Bakıda sərnişin avtobusu ilə yük avtomobili toqquşub.
Bakıda sərnişin avtobusu ilə yük avtomobili toqquşub

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "DAEWOO" markalı sərnişin avtobusu və "SHACMAN" markalı yük avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "SHACMAN" markalı yük avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 07:43-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti