...

Türkiyədə Ebola virusuna yoluxduğu ehtimal edilən bir nəfər hospitallaşdırılıb

Hadisə Materials 15 Avqust 2014 15:09 (UTC +04:00)
Türkiyənin cənubundakı Osmaniyyə vilayətində Ebola virusuna yoluxduğu ehtimal edilən bir nəfər hospitallaşdırılıb.
Türkiyədə Ebola virusuna yoluxduğu ehtimal edilən bir nəfər hospitallaşdırılıb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin cənubundakı Osmaniyyə vilayətində Ebola virusuna yoluxduğu ehtimal edilən bir nəfər hospitallaşdırılıb. Trend xəbər verir ki, bu barədə yerli "Hurriyet" qəzeti yazıb.

Həmin Türkiyə vətəndaşı əvvəllər Nigeriyada olub.

Avqustun 12-də İstanbuldakı Atatürk Hava Limanında turistlərdən biri Ebola virusuna yoluxma ehtimalı ilə hospitallaşdırılmışdı. Lakin müayinədən sonra Nigeriya vətəndaşında virus aşkarlanmamışdı.

Qeyd edək ki, Afrikanın qərbində yayılan Ebola virusundan indiyədək yüzlərlə insan dünyasını dəyişib. Tər, qan, tüpürcək yolu ilə yayılan bu virusa yoluxanların müalicəsi mümkünsüzdür. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.

Qərbi Avropada Ebola virusundan ölənlərin sayı 1069 nəfərə çatıb. Son məlumatlara görə, bu ölümcül virusa yoluxanların sayı 1975 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti