...

FHN: Masallıda uçqun zamanı 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Hadisə Materials 20 Avqust 2014 23:37 (UTC +04:00)
Masallıda torpaq uçqun hadisəsi baş verib.
FHN: Masallıda uçqun zamanı 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Masallıda torpaq uçqun hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, azirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Masallı şəhərində uçqun hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, su kanalizasiya xətti çəkilişi zamanı qazıntı işləri aparan 2 nəfər fəhlə torpaq uçqunu altında qalmışlar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə köməksiz vəziyyətdə qalan fəhlələrdən 1 nəfərini yaralı halda, digərinin isə cəsədini torpağın altından çıxarmış və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti