Azərbaycan, Bakı, 22 avqust /Trend/
Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 15:15-də başa çatıb.