...

Bakı-Quba yolunda yol qəzası olub, ölən var

Hadisə Materials 27 Avqust 2014 18:16 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Quba yolunun 35-ci kilometrliyində “Hyundai” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobili toqquşub. Dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Bakı-Quba yolunda yol qəzası olub, ölən var

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Bakı-Quba yolunda yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Quba yolunun 35-ci kilometrliyində "Hyundai" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobili toqquşub. Dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Hyundai" markalı minik avtomobilinin sürücüsü 1957-ci il təvəllüdlü İbrahimov Aslan İzafət oğlu aldığı bədən xəsasrətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə A.İbrahimovun meyitini avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti