...

Ağdaş rayonunda ağır qəza, iki nəfər ölüb

Hadisə Materials 31 Avqust 2014 18:40
Ağdaş rayonunda baş vermiş qəza nəticəsində iki nəfər ölüb, biri xəsarət alıb
Ağdaş rayonunda ağır qəza, iki nəfər ölüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Ağdaş rayonunda baş vermiş qəza nəticəsində iki nəfər ölüb, biri xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun 256-cı kilometrliyində, Ağdaş rayonu ərazisində vətəndaşlara məxsus "VAZ" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəza hadisəsi baş vermişdir.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü və sərnişini aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər.

"Mercedes" markalı minik avtomobilin yanar hissələri yanmış, sürücü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən aidiyyatı üzrə aparılmışdır.

Yanğınsöndürənlər minik avtomobilini söndürmüş, yanğınsöndürən-xilasedicilər meyitləri avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 14:39-da başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti