...

İrandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar edilib

Hadisə Materials 9 Sentyabr 2014 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İlkin İzzət/

Gömrükçülər İrandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Rəşad Şirinovun üzərində şəxsi yoxlama zamanı ondan narkotik vasitələr - xalis çəkisi 975,0 qram olan həşiş qətranı və xalis çəkisi 999,5 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti