Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bakıda külli miqdarda qaçaqmalçılıq məhsulları aşkar edilib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, 2-ci döngə ünvanında yerləşən qarajlara baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı Bağışov Həsrət Nüsrət oğluna məxsus külli miqdarda xaricdə istehsal olunmuş aksiz markasız spirtli içkilər, həmçinin siqaretlər aşkar edilərək götürülüb.
Hazırda Faktla bağlı təhqiqat aparılır.