Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda vətəndaşın külli miqdarda pulunu alıb qaytarmayan şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Elxan İbadov tutulub.
Məlum olub ki, o, cari ilin aprel ayında Nadir İsmayılovun etibarından istifadə edərək ondan 8 min ABŞ dolları alıb və qaytarmayıb.