Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
Bakıda minik avtomobili çəpərə çırpılıb, iki nəfər yaralanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək çəpərə çırpılıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobili deformasiyaya uğrayıb və 2 sərnişin sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.