Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/
Şəkidə toydan qayıdan avtobus atı vuraraq aşması nəticəsində 21 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 22-də saat 00.30-da Şəki şəhərinin Biləcik kəndində şəhər sakini İlham Ramazanov idarə etdiyi "Mersedes" markalı mikroavtobusu aşırıb.
Nəticədə xəsarət alan sürücü və 20 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, avtomobil qarşısına qəflətən çıxmış atı vurması nəticəsində aşıb. Sənişinlər Balakən rayonunda keçirilmiş toydan sonra evlərinə qayıdırırlar.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.