Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda tüfeyli həyat tərzi keçirən şəxslərin mübahisəsi ölümlə nəticələnib.
Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 25-də saat 7:30 radələrində Nərimanov rayon Ağa Nemətulla küçəsi, ev 23-də tüfeyli həyat tərzi keçirən Vadim Naumov şəxsi münasibətlər zəminində digər tüfeyli həyat tərzi keçirən və hələlik şəxsiyyəti məlum olmayan 40-45 yaşlı şəxsi bıçaqla qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.