Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
"UTair" aviaşirkətinə məxsus "Boeing 757" sərnişin təyyarəsi ön şüşədəki çata görə "Domodedovo" aeroportuna məcburi qəza enişi edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
İlkin məlumatlara görə, Moskva vaxtı ilə saat 14:25-də Novorossiyskdən Barselonaya uçan "Boeing 757" pilotların kabinəsinin şüşəsində əmələ gəlmiş çata görə "Domodedovo" aeroportunda yerə enib.
İnsidentin baş verdiyi şərait araşdırılır.