...

Gürcüstanlı Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini və pasportunu saxtalaşdırıb istifadə edirmiş

Hadisə Materials 10 Oktyabr 2014 13:36 (UTC +04:00)
Gürcüstan vətəndaşının Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu saxtalaşdırması müəyyən edilib.
Gürcüstanlı Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini və pasportunu saxtalaşdırıb istifadə edirmiş

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Gürcüstan vətəndaşının Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu saxtalaşdırması müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Samir Orucovun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu saxtalaşdırması və istifadə etməsi müəyyən edilib.

S.Orucov barəsində Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti