...

Bakıda kafedə bıçaqlanma olub

Hadisə Materials 20 Oktyabr 2014 10:56 (UTC +04:00)
Bakıda kafedə bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakıda kafedə bıçaqlanma olub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda kafedə bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da Z.Bünyadov prospektində kafedə naməlum şəxs Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaq xəsarəti yetirib.

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tərtər rayon sakini 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti