Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
Gəncədə odlu silahla şəhər sakinini yaralayan şəxs saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də ov tüfəngindən atəş açaraq Sənan Qurbanovu yaralayıb hadisə yerini tərk etmiş Qalib Cəfərov tutulmuş və ondan hadisəni törədərkən istifadə etdiyi qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülüb.
Gəncədə qan tökən şəxs tutuldu
Gəncədə odlu silahla şəhər sakinini yaralayan şəxs saxlanılıb.