Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Azərbaycanda külli miqdarda saxta 100 və 50 manatlıq əsginaslar aşkarlanıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbər görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Əlibabayev printerdə hazırlanmış 135 ədəd 100 manatlıq, 119 ədəd 50 manatlıq, 144 ədəd 20 manatlıq, 177 ədəd 10 manatlıq, 152 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq (ümumilikdə 24862 manat) əsginası Göytəpə şəhərində satarkən tutulub.