Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakının Əmircan qəsəbəsində iki nəfəri bıçaqlamış şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 8-də Suraxanı rayonunun Əmircan qəsəbəsindən qəsəbə sakinləri Arif Abbasov və Şahrza Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Həkimlərinə səyinə baxmayaraq, Ş.Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.
Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş qəsəbə sakini Rövşən Əliyev tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.