...

Abxaziyanın baş nazirinə hücum olub, o, xəstəxanaya yerləşdirilib

Hadisə Materials 16 Noyabr 2014 01:35 (UTC +04:00)
Abxaziyanın baş naziri Beslan Butbaya şənbə günü axşam saatlarında hücum ediləndən sonra, o, Suxumi xəstəxanasına yerləşdirilib.
Abxaziyanın baş nazirinə hücum olub, o, xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Abxaziyanın baş naziri Beslan Butbaya şənbə günü axşam saatlarında hücum ediləndən sonra, o, Suxumi xəstəxanasına yerləşdirilib. Trend RİA Novost agentliyinə istinadən bu barədə baş nazirin qohumları xəbər veriblər.

Ailəsi ilə gedən baş nazirin maşınını, şənbə günü saat 22:00 radələrində şəhərin mərkəzində magistral avtomobil yolunda saxlayıblar. Digər avtomobildən iki nəfər çıxaraq Butbanı döyüblər.

Milis basqınçıların cip avtomobilini artıq uzaqda şəhərin Suxumi rayonunda saxlaya bilib.

İstintaq aparılır.

Xəbər lenti

Xəbər lenti