...

Gəncədə itkin düşmüş qadın axtarılır (FOTO)

Hadisə Materials 19 Noyabr 2014 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İlkin İzzət/

Gəncə şəhərində anadan olmuş, şəhərin Xətai prospektində yaşayan 1972-ci il təvəllüdlü Svetlana Kamal qızı Mayılova bu il oktyabrın 24-də günorta saatlarında evdən gedib və bir daha geri qayıtmayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İtkin düşmüş bu şəxsin boyu 1 metr 63 santimetr, orta köklükdə, gözləri qəhvəyi, saçları rənglənmişdir.

Evdən gedərkən əynində göy rəngli cins şalvar, ağ-qara rəngli kofta, qara gödəkçə, ayağında mavi ayaqqabı olmuşdur.

Svetlana Mayılovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 256-52-19 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti