...

Bakı sakininin pullarını mənimsəmiş dələduz tutulub

Hadisə Materials 20 Noyabr 2014 11:57 (UTC +04:00)
5 ay yarım bundan əvvəl dələduzluq edərək Bakı sakinin pullarını mənimsəmiş şəxs tutulub.
Bakı sakininin pullarını mənimsəmiş dələduz tutulub

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/

5 ay yarım bundan əvvəl dələduzluq edərək Bakı sakinin pullarını mənimsəmiş şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini , 1973-cü il təvəllüdlü Ehtiram Məmmədov tutulub.

E.Məmmədov bu ilin iyunun 2-də Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini İlham İbadovun etibarından sui-istifadə edərək 140 manat və 5000 ABŞ dollarını dələduzluq yolu ilə mənimsəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti