Azərbaycan, Bakı, 23 noyabr /Trend/
Yaponiyada baş verən zəlzələdə xəsarət alanlar barədə məlumatları polis dəqiqləşdirib, belə ki, 57 nəfər əvəzinə 39 nəfər, onlardan yeddisi ciddi xəsarət alıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
Ən ağır travmalar evlərin dağıması zamanı və ya mebellərin düşməsi nəticəsində alınıb.
Ən güclü zərbə Xakuba, Oqava kəndlərinə və Naqano şəhərinə düşüb. Təbii fəlakətdən sonra ilk saatlarda, dağıntılar altından 21 nəfəri o cümlədən iki yaşlı uşağı çıxarmaq mümkün olub.
Qeyd olunan rayonda afterşok təkanlar davam edir, meteoroloqların proqnozlarına görə, onlar hələ bir həftə davam edəcək. Bununla əlaqədar torpaq sürüşməsi və dağlarda qar uçqunları çıxması təhlükəsi artır.
Yaponiyanın Naqano prefekturasının şimal hissəsində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 10 km olub. Sunami təhlükəsi yoxdur.