Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlkin İzzət/
Qəbələ şəhər sakininin evinə silahlı basqın etmiş naməlum şəxslər onu qətlə yetirərək hadisə yerini tərk ediblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 24-də Qəbələ şəhərində şəhər sakini Vahid Vahabovun yaşadığı evə girmiş 4 maskalı şəxs ondan pul verməsini tələb edib. Cinayətkarlar istədiklərinə nail olmadıqda ov tüfəngindən atəş açaraq onu qətlə yetirib və hadisə yerini tərk ediblər.
Hadisə ilə əlaqədar Qəbələ RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, qətlə yetirilən şəxsin Qəbələdə "Soyuq bulaq" restoranının sahibi olduğu bildirilir.