...

Bakıda axtarışda olan 7 nəfər tutulub

Hadisə Materials 10 Dekabr 2014 10:50 (UTC +04:00)
Bakıda axtarışda olan 7 nəfər tutulub.
Bakıda axtarışda olan 7 nəfər tutulub

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda axtarışda olan 7 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail RPİ 8-ci PB, Nəsimi RPİ 19-cu PB, Xətai RPİ Cinayət Axtarış Şöbəsi 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan Sumqayıt şəhər sakini, Nail Şirinov, borclu kimi axtarışda olan Vəfai Mustafayev, Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə axtarışda olan Aytən Balayeva tutulublar.

Binəqədi RPİ, Xətai RPİ Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbələrinin əməkdaşları tərəfindən isə borclu kimi axtarışda olanlar - Nuraya Quliyeva, Məhərrəm Heydərov, Azər Səfərov və Ceyhun Həsənov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti