...

Qaxda iki qardaşı qətlə yetirən şəxs tutuldu

Hadisə Materials 10 Dekabr 2014 18:51 (UTC +04:00)
Azərbaycanın daxili işlər və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb və həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs yaxalanaraq istintaqa təhvil verilib.
Qaxda iki qardaşı qətlə yetirən şəxs tutuldu

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycanın daxili işlər və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb və həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs yaxalanaraq istintaqa təhvil verilib. Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda deyilir.

Məlum olduğu kimi, bu il aprelin 14-də Qax rayon sakinləri Besarion və İase Rostiaşvili qardaşlarının yaşadıqları mənzillərdə üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılmış tədbirlərlə qətlin Qax rayon sakini Vasif Mustafayev tərəfindən tamah məqsədi ilə törədildiyi müəyyənləşdirilib.

Araşdırmalarla o da müəyyən edilib ki, hadisədən bir neçə gün əvvəl qardaşlar özlərinə məxsus torpaq sahəsini 18 min manata satıblar. Bu alqı-satqı əməliyyatından xəbər tutan V.Mustafayev həmin vəsaiti ələ keçirmək üçün onları qətlə yetirməyi planlaşdırıb və cinayətkar niyyətini aprelin 14-də həyata keçirib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti